Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz Soyumuş Otaqda...

Bəs yanıma hansı üzlə gəlmisən?
Hansı hissdir səni çəkib gətirib?
İndi mənə yaddan da yad kimisən,
Yollar ayrı, otaq soyuq, sən qərib…

Təbəssümün bir gör nəyə bənzəyir,
Saxta gülüş dodağına yapışıb.
Deyirsənki ürək səndən dönməyir
Gözlərimdə sənsiz aləm qarışıb.

Nə xoş xəbər!- Diz çökümmü qarşında
Söyləyimmi sənsiz mənim nə günüm?
Yanılırsan xam xəyaldı başında
Öz özünü aldatma gəl a, gülüm.

Soyuq dedin ürəyimin oduna
Alışdığın hansı oddu yanırsan?
Bəs sən necə yaraşdırıb adına
İndi məndən həraretdə umursan?

Ayağına döşənimmi? -Bir zaman
Çox döşəndim!.. İndi bunu danmıram
Öz eşqimə alçalırdım gəl inan
Sənli-Sənsiz onu ucuz sanmıram.

Gecələri gilə-gilə yanırdım
İndi soyuq bir dənizəm -durğun lal
Həyatımı sənsiz boşluq sanırdım
İndi özün o, boşluqda qanad çal..

Şıltağlıgın yığdı məni boğaza
Mən qorxurdum səni hər bir söz tuta
Düşünməzdim küsüb gedən yol aza
Bir də dönüb küsdüyünə üz tuta.

Bəs yanıma hansı üzlə gəlmisən?
Hansı hissdir səni çəkib gətirib?
İndi mənə yaddan da yad kimisən,
Yollar ayrı, otaq soyuq, sən qərib…


Tarix: 26.12.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Sevgi şerləri
loading...