Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəsə bu sevgidən gözüm su içmir

Bir dəfə xəyanət etdinsə əgər,
Sonradan “bağışla söhbəti” keçmir.
Evvəlində sevinc, sonunda kədər,
Nəsə bu sevgidən gözüm su içmir.

Sevgi qəlbimizdə bir yaransa da,
Coşğun dəniz kimi dalğalansa da.
Özüm inansam da, qəlb inansa da,
Nəsə bu sevgidən gözüm su içmir.

Yalan vədlər verib, sınama məni,
İstəsən küs, inci, tanıma məni.
Bu sözüm üstündə qınama məni,
Nəsə bu sevgidən gözüm su içmir.

İstədim bu fikri beynimdən silim,
Bu fikri qoymadı silinsin, dilim.
Təki səhv düşünüm, təki səhv bilim,
Nəsə bu sevgidən gözüm su içmir.

Gözüm çoxbilmişdi, qəlbim utancaq,
Oturub bu haqda düşündüm xeylağ.
Mənim öz sevgimə sübhəm yox, ancaq
Nəsə bu sevgidən gözüm su içmir.

Açdı eşq yolunda çığır, ürəyim,
Eşqi damla-damla yığır ürəyim.
Bu yazığ ürəyim, fağır ürəyim,
Yalanı doğrudan ayırıb, seçmir,
Nəsə bu sevgidən gözüm su içmir!


Tarix: 26.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Sevgi şerləri
loading...