Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha Gelme...

Sənden sonra susub mənim
Gözlərimin eşq harayı
Həsrətindir ara sıra
Yada düşən bir qağayı
Çırpınıram sahilində
Daha gəlmə� daha gəlmə!

Əllərimdə soyuq külək
Saçlarımda sənin izin
Öldü daha arzu dilək
Çoxdu dərdi bu dənizin
Zülmətinə heç ələnmə
Daha gəlmə� daha gəlmə!

Otağımda yuxum yatır
Mənim isə röyalarım
Gözlərimdə kama çatır
Biz ki, ayrı dünyaların
İnsanıyıq bilə bilə
Daha gəlmə� daha gəlmə!


Xəyal olub gəlsəm sənə
Ürəyimi desəm sənə
Sənə sevgim bir cahandır
Lap dünyanı versəm sənə
Bu bəxşişi heç götürmə
Daha gəlmə� daha gəlmə!

İndi daha mənim sevdam
Yaralıdır qanadınnan
Hər addımda düşsə yada
Döndərməsin inadınnan
Qururundan sən əyilmə
Daha gəlmə� daha gəlmə!

Kim bilərki ürəyimdə
Özün boyda sevgin gəzir
Görmək üçün baxan gözdə
Dərdin gəzir qəmin gəzir
Xatirimdən geri dönmə
Daha gəlmə� daha gəlmə!

Gecəm səni cağırsada
Ümüdlərim bağırsada
İllər səni kədər kimi
Saçlarıma yağdırsada
Nə görünmə nə bilinmə
Daha gəlmə� daha gəlmə!

Ureyimde sözüm çoxdu
Bu əhdimdə dözüm çoxdu
Susan könlüm heç dinərmi
Bağışla get xatirəmi
Xoş günlərin son dəminə
Daha gəlmə� daha gəlmə!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Sevgi şerləri
loading...