Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YAŞAYA BİLMEZSEN MENDEN UZAĞDA

Müellif Valeh Duyğun

YAŞAYA BILMEZSEN MENDEN UZAĞDA

Bil,yolumuz ayrılsada sevgilim,
Yaşaya bilməzsən məndən uzaqda.
O, günləri yada saldıqca gülüm,
Yaşaya bilməzsən məndən uzaqda.

Düşünmə ürəyin mənsiz darıxmaz,
Xatirələr səni rahat buraxmaz.
Heç zaman o günlər yadından çıxmaz,
Yaşaya bilməzsən məndən uzaqda.

Al günəş yoluna işıq salsada,
Hər günün qayğısız sevinc olsada.
Adın, bütün dünyada ucalsada,
Yaşaya bilməzsən məndən uzaqda.

Bütün ömrüm boyu sevəcəyəm mən,
Elə bilmə sənsiz öləcəyəm mən.
Hər gecə yuxuna gələcəyəm mən,
Yaşaya bilməzsən məndən uzaqda.

Sevirem demekle olmur sevgilim,
Sevgide gerekdi eziyyet, zülm.
Sevdali gencleri gördükce gülüm,
Ya$aya bilmezsen menden uzaqda.

Vagzali sedasi çalinan anda,
Bil, qanin donacaq damarda, canda.
Ruhun menle, cismin ayri insanda,
Yaşaya bilmezsen menden uzaqda.

Sevgi bir romandı yaddaşda olsa,
Həyat çox şirindi, ömürsə qısa.
Əzizim, ömrünə bir gün də qalsa,
Yaşaya bilməzsən, məndən uzaqda.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 185 Bölmə: Sevgi şerləri
loading...