Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Bunu Isdedim...axi..

Elə bir sevgi istəyirəm ki, hər an varlığını hiss edə bilim. Özüm kimi tanıyım, sevim. Əbədi yaşayım. Hər an bitirməkdənsə hər an yenidən başlamaq istəyim. Səhər duranda onun da durduğunu düşünüb sevinim. Hər addımımda onu da düşünüm. Adını duyduğumda qəlbim durmadan döyünsün. Bütün qəlbimlə ona inanım, güvənim. Bir gün gedəcəyi qorxusu ilə yaşamayım. Onu itirəcəyim qorxusu ilə yaşamayım. Ən əsası məni aldadacağı qorxusu ilə yaşamayım.
Elə bir sevgi istəyirəm ki, məni başdan sonacan ifadə edə bilsin. Hər an nə hiss etdiyimi anlaya bilsin. Ən birinci məni anlasın. Çox sevsin, mənim onu sevəcəyim qədər.
Elə bir sevgi istəyirəm ki, darıxmaym bu sevgidə.Hər an sevinim. Dava edim amma sonra yenidən barışım. Küsüm amma sonra yenidən danışım. Daima yanımda olduğunu hiss edim. Hiss etdirsin.
Bütün varlığımla onu sevim. Səni sevirəm deyəndə qəlbimdə şübhə dolu hisslər olmasın. Bu sözü bütün qəlbimlə inanaraq, bu olduğu üçün deyim. Sadəcə o dedi deyə deməyim. Bitti dediyi yerdə yenidən başlayım. Sevgisi butun bədənimi sarsın. Daha içimdə ağlayarkən üzdə gülməyim. Ayrılıqdan sonra axan göz yaşlarımı gizlətməyim. Ağlamayım bir daha, ağlatmasın, incitməsin.
Elə bir sevgi istəyirəm ki, başladığı gündən bu günədək bütün hər şeyi indi yaşanırmış kimi xatırlayım. Onu düşünərkən belə onu sevim.
Elə bir sevgi istəyirəm ki, hər baxdığım yerdə onu görüm.Kölgələr almasın yerini. Sarsıtmasın yoxluğu qəlbimi. Onun üçün darıxmağı sevim. Sadəcə görəcəyəm deyə gözləməyim günləri. Gözləməyi, onun üçün gözləməyi sevim. Mənə aid olanı sevim. Ayda gizlətdiyimi sevim. Artiq səbəbini bilmədiyim acılar yaranmasın qəlbimdə. Cavabsız sualların içində boğulmayım.


Tarix: 03.12.2014 / 18:34 Müəllif: Aziza Baxılıb: 169 Bölmə: Sevgi şerləri
loading...