Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Risk...

Yazdı mı bir kərə səndən, durmaz daha bu qələm,
Baxarkən sənə qəlbini hiss etmir aha bu gədə.
Ayağımın altından yer kürəsi itir hərdən,
Sözlər iti hərdən, bir baxışın yetir hərdən.
Sən istəsən yar sinə qəfəsimi qəlbimi yerindən çıxar, hiss etməm,
Risk etməm gözlərinə baxmağa çox, həm hətta sənə belə izlətməm.
Nəfəsini dodağda duyuram, sən boş qəlbimə təşrif buyuran,
Qoluna sarılıb uyuyam izin ver, gözümü gözlərinlə doyuram.
Yağış islatsın dodağlarını, mən qısqanım yağışı,
Sənlə vaxt uçur, sevgilim, zaman mənlə yarışır.
Saçlarını dolayıb əlimə, iyləyib qoxunu özümə gəlim,
“Səni sevirəm” sözü lüğətimdə ən xoş söz bədəlim.
Uzaq salmaz səni məndən yəqin bəd əlim,
Bəsimdi yanımda qələm, kağız, bir-iki söz və dəlim.
Gəlmə buralara bura qan, ya da ki qurtar məni cəld buradan,
Beyində bir səs deyir: “Qəlbə qıfıl vur, cəftəni bur, adam”.


Tarix: 26.12.2014 / 12:27 Müəllif: Aziza Baxılıb: 168 Bölmə: Sevgi şerləri
loading...