Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenə axşam düşəcək

Yenə axşam düşəcək
kədər məni boğacaq
intizarım artacaq
səni xatırlayacam
bəlkə də ağlayacam
dərin xəyallarımda saçını oxşayacam
tapdalanan sevgimə
parçalanan qəlbimə
təsəllilər verəcəm
bəhanələr axtarib
dəli kimi güləcəm

yenə axşam düşəcək
yorulub tükənəcəm
gözyaşımı gizlədən
yağışı gözləyəcəm
damlaların altında
dayanıb islanacam
fəqət yağış bitəndə yenə tənha qalacam
yarpaqların səsini
küləyin nəfəsini
mənə sirdaş biləcəm
gözlərimi siləcəm

yenə axşam düşəcək
yenə günəş batacaq
içimdəki yaralar birdən alovlanacaq
sənə olan həsrətim
burnumu sızladacaq
gecələr mənə düşmən
gündüz qənim olacaq
artıq sənli günlərim yuxularda qalacaq

yenə axşam düşəcək
və mən yenə öləcəm
qaranlığa qərq olub
yenə gözdən itəcəm
fikirlərim hisslərim
duyğularım donacaq
sənnən mənə yadigar
əzablarım qalacaq
yenə axşam düşəcək
dərd belimi bükəcək
amma qürurum yenə
həqiqəti örtəcək
lakin nə axşam,səhər
nə uzaq məsafələr
səni mənnən alacaq
qəlbim dağılmışsa da, səni unutmayacaq


Tarix: 26.12.2014 / 12:26 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Sevgi şerləri
loading...