Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dönəcəksən...

Dönəcəksən…
Bilirəm, bir gün mütləq geri dönəcəksən.
Eynilə getdiyin kimi, qəflətən…
Dönəcəksən...
Çünki mənim uğruna tərk etdiyin şeyləri əldə etdikdən sonra belə xoşbəxt ola bilmədiyini fərqinə varacaqsan. Həmişə bir tərəfin əskik qalacaq yoxluğumda. Həmişə yarım. Köhnə günlər gəlincə ağılına ürəyin ürpərəcək, itirdiklərinə yanacaqsan. Bəlkə gözyaşı tökəcəksən gedən amma geri dönməz günlərinə, iç çəkəcəksən.
Dönəcəksən...
Kədərlənəcəksən. Amma bir tərəfdən də təkrar sınayacaqsan. Yeni zəfərlər qazanmaq üçün yeni insanlara toxunacaqsan. Hamısında məndən izlər görməyə və eyni qoxunu eşitməyə çalışacaqsan. Əfsus, tapa bilməyəcəksən. Bax o gün məni çox daha yaxşı anlayacaqsan. Heç bir zaman yalan danışmadığımı. Amma vaxt çox gec olacaq. Görəcəksən. Heç kim səni mənim sevdiyim kimi sevməyəcək. Ən əhəmiyyətlisi heçkimsə sənə hüznlə baxmayacaq. Anlayacaqsan. Bu gec bilmənin və itirmişliyin hüznündə səhərləyəcəksən bitməyən gecələrdə.
Dönəcəksən...
Əllərin ayaqlarınla birləşəcək tək yataqlarda. Saatlar il, dəqiqələr əsr olacaq. Dəfələrlə telefona uzanacaq barmaqların, ‘zəng et' düyməsindən geri dönəcəksən. Ağlın duyğularına qarışacaq hətta. Ən başa dönmək istəyəcəksən. Amma nə o qürurun nə də mənim qalan qürurum buna icazə verməyəcək. Qəbul edəcəksən. Mənə dirəşdiyin gerçəkləri qəbul edəcəksən. Seçdiyin həyatı yaşamaq zülmü gəlsə də davam edəcəksən. Peşmanlıq keşiklərində ağaracaq saçların.
Dönəcəksən...
Bədənin o zindan otaqlarda köhnələcək. Doğan gün də, ara-sıra gələn gecə də sənə eyni dadı təqdim edəcək. Bəzən səhərin ilk işıqlarında bəzən gecənin ən sıfır anında özünü küçələrə atacaqsan aralarda. Bəlkə etina etdiyim saçların islanacaq qərarsız yağışlarda. Üşüyəcəksən. Bəlkə tutmağa qıya bilmədiyim zərif əllərin çatlayacaq bilmədiyin küləklərdə. Amma alışacaqsan. Maraqlı bir həyatın sabit tələlərində yox olacaq gözəlliyin zamanla. Həm də eyni yolda dəfələrlə.
Qalan taqətinlə yarı şəffaf bir həyatı yaşayarkən, mənim üçün darıxacaqsan. Və buna daha çox dözə bilməyib dönəcəksən hər şeydən keçdiyin amma ‘kaşkilərin mənasız olduğu bir gündə. Bəlkə yarım qalmış hekayəmi tamamlayır olduğumu görüncə daha da kədərlənəcəksən. Keçmiş zamanda dolandığın boş və çirkli otaqlara dönməmək üçün gözləyəcəksən. Uzaqdan belə olsa izləyəcəksən. Bir xarici kimi də uzaqlardan…
Bəlkə mənim döndüyümdən xəbərim belə olmayacaq. Bilmirəm…
Amma bildiyim tək şey; sən dönəcəksən…


Tarix: 04.12.2014 / 14:18 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Sevgi şerləri
loading...