Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**SaXTa_DoSTLuQ**

Yenə varlığıma od düşdü bu
dəm,
Yenə dostum deyə
saxtalanırsan.
Məgər bürüyəndə ürəyimi qəm
Səndəmi alışıb qəmə yanırsan?
Niyə saxtalıqla doludur, niyə?
Sözlərin qiyməti ucuzlaşıbdır.
Hardasa bir işin düzəlsin deyə,
Bəlkə sədaqətin aşıb-daşıbdır.
Nəsimi qəlbindən keçəni dedi
Ölmlə üzbəüz dayananda da.
Bəs sənin məramın, məqsədin
nədir
Özünə yalançı dost tuta-tuta?
Dilində o qədər yalan bitib ki,
Düzün də yalana bükülür sənin.
Yalanlar o qədər var-gəl edib ki,
Mənəvi varlığın sökülür sənin.
Demə dost sözünü, gətirmə dilə,
Toxunma kövrəlmiş simlərə barı.
Çoxuna dediyin bu sözlər ilə
Nahaqdan üz tutma sən mənə
sarı.
Cən mənə dost demə, qoy ürək
desin
Bu dostluq bir zərrə əgər var isə.
Belə boş-boşuna ucalan səsin
Dara düşən kimi alçalır nəsə.
Dostluq elə şirin nemətdir, bil,
Ona acı qatan batar günaha.
Dostluq sənin üçün oyuncaq
deyil,
Onu alçaltmaqdan əl götür daha.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi şerləri
loading...