Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aqlayir Seni

Qovduqca özümü aparır könül
Addımım kiçilir acizə dönür
Yıxılır ürək!...
Şəhərin sulara düşən yerinə
Ümüdün ömürdən küsən yerinə
Burda mənim üçün bitir bir şəhər
Mənim nər bildiyim acizliyim də
Dözümə dönür!
Ürəyə yol çəkir, çəkir birtəhər
Saçımın qağayı telləri dinir
Könlümün biçarə selləri dinir
Ağlayır səni
Susduqca ucalan bu hicran qəmi
Ağlayır səni
***
Gəldiyim yollara boylanmır ürək
Şəhərin sulara düşən yerində...
Bitir dizlərimin dözüm taqəti
İzinə yol deyib keçə bilmirəm
Mən onun köksündə zərrəyəm axı
Düşünüb boyumca biçə bilmirəm
Gözümün yolunda bir işıq yanır
Bir işıq dünyamdan qoparır məni
Odlarda yanmağa aparır məni
Yox səni əcəlsiz öldürəmmərəm
Eşq boyda dünyaya eşq boyda qəlbə
Həsrəti hicranı güldürəmmərəm
Sən mənim can deyə borcuma gəl gəl!
Əllərim uzanir götürə bilmir
Qanad al çarəsiz ovcuma gəl gəl!
Taleyə qəm deyə bağlı pərçimim
Günahsız, günahkar ağ göyərçinim
***
Qocaman şəhərdən çəkilib gözüm
Daha o yollardan səni ummuram
Cibimdən yarımçıq tökülür sözüm
Sulara düşür
Mənim sən yazdığım şəhərlərim də
Yuxusuz günlərim, səhərlərim də�
***
Dünyanın hər hansı yerində belə
Axtarsa taleyin bu Divanəni
Tapar dalğaların dinən dilində
Şəhərin sulara düşən yerində...
Şəhərin sulara düşən yerində...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi şerləri
loading...