Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Mənə inan..

Eşqimin günəşli yollarında sən
Qoymaram görəsən nə duman, nə çən
Uzadir ömrümü səninlə keçən
Hər şirin dəqiqə, hər saat, hər an,
Sən mənə inan...

Sən Mənə inan..
Bir oğrun baxışın dünyaya dəyər,
Bir anlıq həsrətin qəlbimi dələr,
Bir tük əskik olsa başından əgər
Mən özüm olaram dərdinə yanan,
Sən mənə inan...

Sən Mənə inan..
Bülbülün olaram yaşıl bağ olsan,
Qartalın olaram qarlı dağ olsan,
Bircə gün gözümdən sən uzaq olsan
Mənə zülmət olar işiqlı cahan,
Sən mənə inan...
Sən Mənə inan..
Cavanlıq bir zaman dolacaq yaşa,
Ömür karvanını çəkəcək başa.
Bir gün köçəndə də, səninlə qoşa
Köçüb gedəcəyik qoca dünyadan
Sən mənə inan...


Tarix: 25.11.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Sevgi şerləri
loading...