Aşıqəm sevirəm sevgili yarı,
O sevgili yara salam de məndən.
Yarıma vermişəm mən intizarı,
Həmən intizara salam de məndən.
Alışıb yanmışam eşq alovunda,
Həsrəti dadıram onsuz olanda.
Qışda qar əriyib çaya dolanda,
Yazda yağan qara salam de məndən.
O vəfasız oldu mənə səbəbsiz,
Sevgisi mənasız, hisləri qəlbsiz.
Məndən üz çevirdi səmirsiz, səssiz,
De, vəfasızlara salam de məndən.
Günahım nə idi, mənim sevgidə?,
Pərişan eylədin təmiz eşqi də.
Get vicdanına bax adi güzgüdə,
Ona üzüqara salam de məndən.
Sənsiz içki oldu dərdimə şərik,
Istəsən də daha sevə bilmərik.
Könlüm sən gedəndən qalıbdır dəlik
Sevən cavanlara salam de məndən.
Uzaq oldun məndən pul sayəsində,
Qoyub getdin məni qəm nalesində.
Sevgi barəsində eşq barəsində,
Düşən olsa dara salam de məndən.
Tarix: 11.02.2014 / 09:53 Müəllif: __ZehRiMaR__ Baxılıb: 427 Bölmə: Sevgi şerləri