Ne Vaxtsa Qayidacaqsan
Sən qismət olanda başqa yoldaşa
Görərsən sevməyir,dəyərsən daşa
Necə sevdiyimi düşərək başa
Özünü sevgidən soyudacaqsan
Bilirəm,nə vaxtsa qayıdacaqsan
Tərsliyin özünü aldadacaqdır
Göz yaşın simanı isladacaqdır
Qədrimi yoxluğum anladacaqdır
O zaman dərd yeyib qəm udacaqsan
Bilirəm, nə vaxtsa qayıdacaqsan
Bu oğlan yadına düşər ötəri
Deyərsən başqaymış düşüncələri
Yaşanan yuxulu xatirələri
Buz kimi qəlbində uyudacaqsan
Bilirəm,nə vaxtsa qayıdacaqsan
Sevgimi qəlbimdə gizləyirəm mən
Sən gedən yolları izləyirəm mən
İnan ki hələ də gözləyirəm mən
Sanmıram sən məni unudacaqsan
Bilirəm,nə vaxtsa qayıdacaqsan.
müəllif: NİZAMİ FÜZULİOĞLU
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 290 Bölmə: Sevgi şerləri
loading...