Bir gecə qarışıq yuxu görəcəm, Bir səhər qəlbimə şübhə dolacaq. Bir gün eşidəcəm nişanlanmısan, Bir gün eşidəcəm toyundur sabah. Bir gün itirəcəm səni onsuzda, Səni itirməkdən qorxuram yaman! Qəlbimdə olsan da, bəxtimdə yoxsan, Elə təsadüfən tapmışam səni. Heç zaman sən mənim olmayacaqsan bəlkə,Oğurlayıb qaçmışam səni. Bir gün tapılacaq əlimdən alan, Səni itirməkdən qorxuram yaman!Bir uşaq ovcundan düşən pul kimi, Oturub arxanca ağlayacağam. Itirəcəyəm səni halal mal kimi,Dönüb arxancada baxmayacağam. Səni axtarmaq da, mənə qadağa, Səni itirməkdən qorxuram yaman! Bu tale oynunda, bəxt qumarında,Bir gün uduzacam məhəbbətimi. Durub gözləyəcəm əli qoynunda Baxıb əcəlini gözləyən kimi. Hələ ya bir ömür, ya bir il qala, Səni itirməkdan qorxuram yaman! Nə üçün, gətirdin axı sən mənə, Bu sonsuz həsrəti, yersiz qüssəni? Bəlkə onunçün yaxınsan mənə, Onunçün bu qədər sevirəm səni. Bəlkə elə budur sevgi adlanan, Səni itirməkdən qorxuram yaman!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 144 Bölmə: Sevgi şerləri