“İNANIRSANMI???”
Unuddum dünyanın qış-baharını,
Unuddum təqvimin günün, ayını
Unuddum özümü bütün dünyanı
Unuddum səni də, inanırsanmı?
Əzabdan, nifrətdən qovulmuş kimi,
Göydə ulduzlara qoşulmuş kimi,
Yenidən həyata doğulmuş kimi
Unuddum mən səni, inanırsanmı?
Yoxdur nə laləzar, nə də tikanlıq,
Yoxdur nə məhəbbət, nə də ayrılıq!
Yoxdu nə həmdəmim, nə də tənhalıq
Unuddum mən səni inanırsanmı?
Sən bir xatirəydin, səni unuddum
Kitab arasında gül tək quruddum.
Gözlərimi yumub əbədi susdum
Unuddum mən səni inanırsanmı?
Mən inanmıram, bəs sən inanırsanmı?!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri
loading...