Qanad alıb zirvəsindən uç ürək!
Dedimki bu həyatda məhəbbətsiz,
Yaşamaq da, ölmək də puç, ürək!
Sevgi dolu baxışından anladım
Yetim qalıb ürəyində suallar
Yaşat məni, yaşat yaşat arzular...
Mən bu gecə atəşimdən almışam
Sevgimizin dağ yenəcək gücünü
Bilirsənmi vərəqlərə yazmışam
Gah silmişəm mən sevirəm sözünü
Gerçək olur, dilədikcə yuxular
Yaşat məni, yaşat yaşat arzular...
Mən demirəm, ürək deyir dinlə sən
Nəğmə olub pərdələrdə inlə sən
İstəyirəm gözlərinə söyləyim
Sən bu eşqi baxışımdan biləsən
Duysa könlün bilirəmki qul olar
Yaşat məni, yaşat yaşat arzular...
Sən bir odun, köksü yanan pərvazı
Şikəstəsi, qəm ucaldan avazı
Mən ki səni yaza yaza var oldum
Divanədir ömür adlı bu yazı
Sıralanır, sətirlənir doğrular
Yaşat məni, yaşat yaşat arzular...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi şerləri