Yağan yağış bizə baxıb,
Həvəslənib hey yağardı.
Göy üzündə şimşək çaxıb,
Bir az keçər gün doğardı.
Gözlərinə baxıb birdən,
Saçlarına toxunarkən,
Bir zamanlar səni öpən,
Dodaq susdu, könül dindi,
Varidin sən, yoxsan indi..
Bir keçərdik hər yoxuşu,
Yaşayardıq bahar, qışı,
Qəmli qəmli mənə baxan,
Axtarıram o baxışı,
Yanağında açan güllər,
Kirpiyindən axan sellər,
Məhəbbətdən qaçdı illər,
Sevinc susdu kədər dindi,
Varidin sən, yoxsan indi..
Gecələri qəm çəkirəm,
Kim bilir ki, nə çəkirəm,
Səni düşünürəm hər an,
Sənsiz gözüm görməyir ki,
Hər yer bir qaranlıq toran,
Bilirsən nə düşündüm bu an?
Sarılardım sənə bərk-bərk,
Qoymazdım heç qalasan tək,
Səninçün döyünən ürək,
Döyünməyir bu nədəndi?
Çünki mənim həyatımda,
Varidin sən, yoxsan indi...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi şerləri