Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Bir Sözsən..

Boğazımda düyümlənib qalar oldun..
Boğdu məni qəhər, kədər..
Bir söz qədər yaxın ikən,
Bir söz qədər uzaq oldun..

Gözlərimdən damla-damla axar oldun..
Sənsizlikdən cayır-cayır yanan qəlbə..
Sən ruh oldun,həyat oldun..
"Bitdi" - deyib duran yerdə
"Davam" oldun,
Sən yol oldun...

Mələkmisən, şeytanmısan bilməz oldum..
Gülərmisən,ağlarmısan duymaz oldum..
Yollarına baxa-baxa mən kor oldum..
Mələyim ol, gül üzümə, aç gözümü..
Bu dünyada səndən başqa görməz oldum...

Sən..
Kimsən axı söylə mənə,
Kimsən mənim həyatımda?!
Gecələri yuxularda,
Gündüzləri xəyalımda yaşar oldun.
Sinəmdə çırpınan ürək..
Damarımda qanım oldun..
Xəbərin var? – Sən, Mən oldun...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...