Bextiyar Vahabzade...
Bu qədər saldı məni həsrət amandan-amana
Könlüm axırda mənim düşdü gümandan-gümana.
Neçə alim yazıb öz dərdini izhar elədi
Aşiqin dərdi fəqət keçdi zamandan-zamana.
Dərdi-qəmdən qurtarıb düşdü könül hicr oduna,
Eləyək indi şikayətmi yamandan-yamana?!
Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
Boşalır göydə buludlar da dolandan-dolana.
Demərəm görməmişəm mən səni çoxdandı gülüm,
Görürəm surətini yalqız olandan-olana.
Könlümün üstə düşən kölgələr əlan silinir,
Başımın üstünə sən kölgə salandan-salana.
Neçə yol vədə verib əhdə vəfa qlmadı yar,
Bəxtiyar!Qəlbin axır düşdü talandan-talana.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi şerləri
loading...