Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənki Yoxsan Yanımda...!

Yaman acı sızlayır, könlümdəki yaralar.
Bu yaralı könüldə canım, səni haraylar.
Sinəmdəki dərdləri, yalnız sevgin anlayar.
Ağlamayım neyləyim, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

Gəl üz-üzə duraq biz, bax gözümdə kədərə.
Bircə kəlmə sözünlə, dönər coşan sellərə,
Nə olar gəl əllər çək, qəribsəyən tellərə,
Ağlamayım neyləyim, sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda,

Son dəfə görüşəndə, kədərlə ayrılmadıq,
Məncə sevgi yolunda, biz heçdə yanılmadıq,
Ayrılıqda üşüdük, nədəndir anlamadıq,
Ağlamayım neyləyim sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

“Talehi” nin qəlbini, kimsə yox sən bilirsən.
Bilirsən yaralıyam, elə sual verirsən,
Gözlərin kədərlidir, niyə tez-tez deyirsən?
Gözlər necə gülsün bəs, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Sevgi şerləri
loading...