Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömrümdəki Yalanım.

İnsanlar dünyada cüt doğularmış
Amma ki, hər biri bundan xəbərsiz
Savabla, günahla həmdəm olarmış
Hərdən qəmgin olar, hərdən kədərsiz
Nədir bu dünyada mənə qalanım?




Yaşamaq istədim ümidlərimlə
İstədim mən olum, bir də arzular
Dərdləşmək istədim öz dərdlərimlə
Masamın üstündə köhnə yazılar
Ancaq onlar oldu yada salanım




Aman vermədilər rahat yaşayım
Özümlə ağlayım, özümlə gülüm
Öz həyat yükümü özüm daşıyım
Həm tənha yaşayım, həm tənha ölüm
Olmasın məzara yola salanım




Dar gəldi bu boyda bir dünya mənə
Gah sevdim, nə fayda heç sevilmədim
Bu yalan dünyada yalnız bir kərə
Sevərkən sevilmək nədir bilmədim
Olmadı dərdimə çarə qılanım



Bir qalaq yalanın tən ortasında
Mən gerçək axtarıb səni tapmışam
Ümid diyarının qum səhrasında
Yağmur damlasıtək sənə hopmuşam
Sən oldun sevgiylə qucaqlayanım...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi şerləri
loading...