Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAXMA GOZLERIME

Baxma gözlərimə, baxma sevgilim!
Orada sevgini tapmyacaqsan!
Bütünlüklə mənə bağlı ömrünü,
Artıq mənsiz, tənha yaşayacaqsan!



Baxma gözlərimə, qəmli gözlərlə,
Bil ki, daha səni sevməyəcəyəm!
Səndə olan o, yalançı gözləri,
Kor olub bir daha görməyəcəm!



Baxma gözlərimə, susaraq səssiz,
Artıq gözlərimdə çarəsizlik var.
Baxsanda özünü tapmayacaqsan!
Çünki, artıq orda sənsizlik var.



Baxma gözlərimə, bir daha belə,
O, baxışların mənə əzab verir.
Baxışların mənə əzabla birgə,
Sanki sualıma bir cavab verir.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Sevgi şerləri
loading...