Deyirlər Nə Qəmli Yazırsan Belə..
hər sözüm kədərdir hər sözüm qəmdir
deyirlər nə qəmli yazırsan belə
gecələr sirdaşım qələm həmdəmim
deyirlər nə qəmli yazırsan belə
var necə həsrətim vardır kədərim
bəlkə gərəksizdir mənim deməyim
qoy meni anlatsın qəm şeirlərim
deyirlər nə qəmli yazırsan belə
həyatımı günahkar bilə bilmədim
sözlərim çağladı dinə bilmədim
ağladım gözümü silə bilmədim
deyirlər nə qəmli yazırsan belə
ömürdə kədərdən yoruldu bezdi
hər gecə xəyalım dünyanı gəzdi
qəlbimi min dəfə ayrılıq əzdi
deyirlər nə qəmli yazırsan belə
həsrətin bir ömür tarixi vardır
sevincli gülüşüm bir necə andır
ömür gözləyər gözləməyən zamadır
deyirlər nə qəmli yazırsan belə
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...