Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevmedin Menim Qeder...

Özünlə aparmısan güllərimin rəngini... Kədər mənə bənzəyir, qəm kövrəlir sən kimi...
İndi başa düşmüşəm sənsiz hər şeyim hədər... Səndən sonra heç kəsi... sevmədim... sənin qədər.
Sevgi dolu baxışlar şəklindən baxır mənə... Dönəcəksən bilirəm sən əvvəl-axır mənə...
Mən elə bilirdim ki...hər şey soyuyub gedər... Səndən sonra heç kəsi... Sevmədim...sənin qədər..
İçimdə tufan kimi çağlayır xatirələr... Göz yaşlarım qurumur.... Ağlayır xatirələr....
Mən kədərdən doymuşam... Məndən doymayır kədər... Səndən sonra heç kəsi sevmədim..... sənin qədər...
Bu qədər yaxın ikən... o qədər uzaq olduq... Yorulub bu sevgidən biz yarı yolda qaldıq....
Mən əzablar içində, sən özün məndən betər... Sən özündə heç kəsi... Sevmədin... Mənim qədər.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Sevgi şerləri
loading...