Ərzaqlar:
4 ədəd yumurta
200 qram vetçina
2 ədəd soğan
100 qram pendir
2 ədəd turş alma
4 dilim baton çörəyi
0,5 stəkan qoz
400 qram mayonez
Hazırlanma qaydası: yumurtaları bişirib, sarısını ağından ayırın. Yumurtanın ağını xırda-xırda doğrayın. Pendiri və almaları (qabıqsız) sütkəcin iri gözündən keçirin. Vetçinanı dilimlərə doğrayın. Baton çorəyini kub formasında doğrayıb, zeytun yağında qızardın.
Salatı boşqabda laylarla aşağıdakı kimi düzün:
1-ci lay: yumurtanın ağı
2-ci lay: vetçina dilimləri
3-cü lay: dairəvi formada doğranılmış soğan, mayonez
4-cü lay: sürtkəcin iri gözündən keçirilən pendir
5-ci lay: sürtkəcin iri gözündən keçirilən alma, mayonez
6-cı lay: zeytun yağında qızardılmış baton çörəyin dilimləri
7-ci lay: qoz
Salatı göyərti ilə bəzəyin. Yumurtaların sarısını isə şəkildəki kimi yerləşdirin.
Tarix: 18.12.2012 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 450 Bölmə: Salat və qəlyanaltılar