Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəngli (Göy qurşağı) salatı

Tərkibi:

2 bişmiş çuğundur
2 çiy yerkökü
1 baş soğan
1 banka göy noxud konservi
1 banka yağda sardina
göy soğan – istəyə görə
mayonez – istəyə görə
kahı yarpaqları – istəyə görə

Bişmiş çuğundurla çiy yerkökünü ayrılıqda sürtgəcdən keçirin.


Hazırlanma qaydası:

Soğanı xırda doğrayıb üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Sonra suyu süzün.
Göy noxudu aşsüzənə tökün.
Sardinanı çəngəllə əzin, xırda doğranmış soğanı əlavə edib qarışdırın.
İri buluda kahı yarpaqları düzün. Ortasına soğanla qarışdırılmış sardına qoyun, hamarlayıb, dairə halına salın. Gözəyarı bu dairəni 12 yerə bölün. Ya da bıçaqla birincı layın üstündə xətlər çəkin. Sonra günəş şüaları kimi dairə boyunca çuğunduru, göy noxudu, yerkökünü, xırda doğranmış göy soğanı qoyun. Və dairə dolunca bu sıranı təkrarlayın. Nəticədə hər tərəvəzdən 3 hissə olmaqla rəngarəng dairə alınmalıdır.

Salatın ortasına, balığın üstünə mayonez töküb süfrəyə verin. Yeməyə başlarkən salatı qarışdırın.

Nuş olsun!


Tarix: 18.12.2012 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 394 Bölmə: Salat və qəlyanaltılar
loading...