Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təzə yumurtanı necə seçmək olar?

Yumurta, ana südündən sonra bilinən ən keyfiyyətli zülaldır. Nümunə zülal olaraq adlandırılar, bunun səbəbi də bədəndə yüzdə yüz istifadə edilməsidir. Başqa sözlə yumurta istehlak etmək demək bədənin ehtiyacı olan zülalı təmin etmək üçün əhəmiyyətlidir.

Yumurta növləri;
1- Toyuq yumurtası: Oval şəkildə olan toyuq yumurtalarının ağırlığı yaşa və irqə bağlı olaraq 50-60 g arasındadır. Rəngləri ağdan sarıya qədər dəyişər.

2- Ördək yumurtası: Küt uclu, bəzən uzunca və oval şəkildədir. Ağırlığı 60-70 g arasında dəyişər. Boyu 57. 7-65 mm. Arasında dəyişər. Ördək yumurtalarının rəngi yaşıa çalari , qəhvərəngi və ya sarımtıl ağ olar. Ördək yumurtalarının qabıqları parlaqdır. Barmaqlar arasında tutulduğunda yağlı hissi verər. Ördək yumurtasının sarı hissəsi olduqca böyükdür.


3- Qaz yumurtası: Ağ rəngdə böyük yumurtalardır.


4 - Hinduşqa yumurtası: Şəkilləri oval olan hinduşqanın yumurtalarının ağırlığı 60-75 g arasındadır. Yumurtanın genişliyi 4-5 sm. qədərdir. Rəngləri qırmızyabənzər-sarıdır. Qabığı üzərində ləkələr olur. Qabıq mat görünüşlüdür.



Yumurtanın təzəliyi necə aydın olar?
Yumurtanın təzəliyin başa düşülməsində ən etibarlı üsullardan biri yumurtanı qırdığınız zaman sarısı ilə ağı ayrıdırsa, sarısı yayılmamış bir halda ağından yüksəkdə dayanırsa bu yumurta təzədir.
İkinci bir üsul isə yumurtanı duzlu suya qoymaqdır, duzlu suya qoyduğunuzda yumurta batırsa təzə, üzürsə bayatdır.


Bir başqa üsul isə yumurtanı dartmaqdır. Yumurta bayatlaydıqca hava boşluğu artdığından ağırlığı da azalmaqdadır. Əgər çəkiləndə yumurta 45 gramın altında gəlirsə o yumurta köhnəlmişdir.


Yumurtaları alarkən diqqətli olaq!

Yumurtaları alarkən köhnə olub olmadığına diqqət yetirək. Aldıqdan sonra qutularında soyuducunda mühafizə edək və yumurtanı istifadə etmədən əvvəl yuyaq. Yumurta istifadə edərkən əlimizi tez-tez yuyaq.


Tarix: 06.12.2012 / 21:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 686 Bölmə: Qidalar
loading...