Kişilər üçün şirələr
Şirələr əvvəlki kimi zərurət olarsa, zəifləmiş orqanizmi bərpa etmək, onu vitaminlər və mikroelementlərlə təkmillərşdirmək zamanı əvəzedilməz olaraq qalır. Lakin diqqətinizə bir daha çatdırmaq istəyirəm ki, alınma şirələr, əlbəttə istifadə zamanı daha rahatdır, lakin yenə də təzə hazırlanmış şirə içməyi tövsiyə edirəm. Həm də unutmayın ki, hətta şirəni də ehtiyyatla içmək lazımdır. Çünki bəzi xəstəliklərdə, xüsusən də mədə-bağırsaq xəstəlikləri zamanı əks-göstəricilərə malikdir. Buna görə də şirələrlə müailəcədən əvvəl digər xəstəliklərin olmasını nəzərə alıb müalicə həkiminizlə məsləhətləşin.
Qreypfrut şirəsi-yüksək üzgünlük, zəiflik, potensiyanın azalması zamanı məsləhət görülür.
Armud şirəsi-prostatit zamanı xeyirlidir. Ağrıkəsici, iltihab əleyhinə,antibakterial və sidikqovucu təsir göstərir.
Böyürtkən şirəsi-gözəl sakitləşdirici, ümumi möhkəmləndirici vasitədir. Sidik yollarının iltihabı və prostatit, həmçinin potensiyanın pozulması zamanı faydalıdır. Gündə 3 dəfə yeməkdən öncə 1-1,5 stəkan qəbul edin.
Çuğundur və limon şirələrinin qatışığı-immuniteti tarazlayan təsir göstərir və xoş-bədxassəli şişlər zamanı tövsiyə edilir. Şiş xəstəlikləri zamanı bu qatışığı gündə 3 dəfə içməklə 1 çay qaşığından başlayaraq 1-1,5 stəkana çatdırırlar.
Limon, kərəviz şirələri və balı eyni miqdarda qarışdırıbprostat vəzisinin iltihabı zamanı gündə 2-3 dəfə yeməkdən yarım saat öncə 2 xörək qaşığı içmək lazımdır.
Şaftalı şirəsi-orqanizmin bəd xassəli şişlərə qarşı müqavimətini artırır. Qocalmaya qarşı effektli fasitədir. Ondan gündə 3 dəfə yeməkdən əvvəl 1-1,5 stəkan içmək lazımdır.
Qaragilə şirəsi-sistit, uretit və prostatit zamanı məsləhət görülür.
Baş kələmin şirəsini su ilə 1:1 nisbətində qataraq cinsi zəiflik zamanı gündə 3 dəfə yeməkdən əvvəl 1-1,5 stəkan içirlər. Mədədə turşuluq yüksək olan hallarda, mədə yarası olanda suda həll edilmiş şirə ziyanlıdır.Çünki mədənin sekresiya funksiyası üçün güclü təkan rolunu oynayır.
Yerkökü şirəsi-cinsi zəiflik zamanı tövsiyə edilir. Onu balla müxtəlif dozalarda 50 qram olmaqla qatırlar. Qatışıqdan gündə 3-4 dəfə bir xörək qaşığı içmək lazımdır. Şəkərli diabetə ziyandır.
Şirin bibərin şirəsi-qüvvə tükənəndə, C və A hipo və avitaminozu, həmçinin impotensiya zamanı məsləhət görülür. O,onkoloji xəstələrin qida payına hökmən daxil edilməlidir. Onu 10-30 ml-dən başlayaraq tədricən 100-150 ml çatdıraraq gündə 2-3 dəfə yeməyə 15-20 dəqiqə qalmış içirlər.
Prostatitin müalicəsi üçün təzə hazırlanmış qırmızı bibər, yerkökü, xiyar, çuğundur şirələrini müxtəlif nisbətlərdə qataraq gündə 3 dəfə yeməkdən qabaq 0,5 stəkan içirlər.
Bibər lətinin şirəsini (yarım stəkan) sakitləşdirci vasitə kimi bala (bir xörək qaşığı) qataraq gündə 3-4 dəfə yeməkdən 30-40 dəqiqə sonra 1-2 xörək qaşığı içirlər. Müalicə kursu 10 gün və ya tam sağalana qədərdir.
Kərəviz şirəsini digər göyərtilərin şirəsi ilə qataraq impotnsiya, həmçinin nevroz və yuxusuzluq zamanı tövsiyə edirlər.
Cəfəri şirəsini prostatit və impotensiya zamanı, həmçinin şişlərə qarşı vasitə kimi ( çuğundur, yerkökü və xiyar şirələri ilə qatmaqla) təyin edilir. Təmiz şirəni yeməkdən öncə 3 dəfə 2-3 xörək qaşığı olmaqla balla qəbul edirlər. O, çox güclü şirələrdən biridir. Buna görə də onu digər şirələrlə qatıb istifadə etmək lazımdır. Qaraciyər xəstəlikləri varsa, olduqca ehtiyatlı olmaq lazımdır.
Tarix: 06.12.2012 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 688 Bölmə: Qidalar