Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xardalın faydaları və ev şəraitində hazırlanması üsulu

Xardal - kələmçiçəyi kimilər fəsiləsinə aid bitkidir. Tərkibində yüksək keyfiyyətli yağ olduğu üçün xardal toxumundan bitki yağı istehsalında xam mal kimi istifadə olunur. Yağı aldıqdan sonra yerdə qalan hissədən üyüdülmüş xardal tozu əldə edilir.
Bu xardal tozundan süfrə xardalı hazırlanır.

Xardal antiseptik ərzaqdır. Xardaldan istifadə etdikdə ağızda və mədə yoluna qədər olan orqanlardakı mikrobları məhv edir. İstənilən yeməkdə istifadə oluna bilər. Xardal yeyən insanların qanlarında xərçəng daşıyıcısı olan hüceyrələrin sayı azalır.

Toyuq bişirəndə üzərinə xardal çəkib bisirin. Xardal ətin üzərinə nazik qat əmələ gətirirki, buda ətin suyunu özündə saxlamağa, əti öz suyunda bişməyə və sulu olmağa kömək edir.

Yemək bişirdikdə acı olmasını istəyirsinizsə yemək bişəndə xardal vurun, normal olmasını istəyirsinizsə yemək bişməmişdən vurun.
Əgər xardalın üstü qara rəng çalırsa deməli oksidləşib, tullayın.


Xardalın hazırlanması:

xardal tozu-5x.q
su
(qarışdıqda smetana bənzər maye olmalıdı)
üzərinə şəkər tozu-1x.q
duz-yarım ç.q
sirkə-1ç.q
hamısını qarışdırın.
Xardal hazırdır.
Evdə hazırlanmış xardalı 45gün saxlamaq olar.
"Quran"da xardal haqqında belə bir ifadə var:
"Biz, qiyamət günü üçün ədalət tərəziləri qurarıq. Artıq kimsəyə, heç bir şəkildə haqsızlıq edilməz. Görülən iş bir xardal dənəsi qədər dahi olsa, onu ədalət tərəzisinə gətirərik. Hesablaşan olaraq biz hər kəsə yetərik."


Tarix: 25.11.2012 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1565 Bölmə: Qidalar
loading...