Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavid

Yer üzündə bir evim var,
Pəncərəsi günəşə.
Nəğmə deyib, quşlar qonar,
Pəncərəmə həmişə.
Yer üzündə bir evim var,
Min zəhmətlə qurmuşam.
Ordan iki körpə qartal
Böyüdüb uçurmuşam.
Yer üzündə bir evim var,
Ocağı daim yanar.
Onun sönməz şöləsindən
Ürəyim işıqlanar.
Yer üzündə bir evim var,
Xatirələr məskənim.
İlqarında düz olana
Açıqdır qapım mənim.
Yer üzündə bir evim var,
Orda neçə illərdir,
Taleyi bir, arzusu bir
İki şair ömr edir.
Yer üzündə bir evim var,
Orda qəmim, sevincim,
Ordan gedər əlçatmayan
İllərə ömür köçüm.
Yer üzündə bir evim var,
Sanki xəyala dalmış.
O, mənimçün ən müqəddəs,
İsti aşiyan olmuş.
Yer üzündə bir evim var,
Batmaz tufanlar ona.
Bünövrədən bağlıdır o,
Bu Vətən torpağına,
Bu Vətən torpağına.


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Nüsrət Kəsəmənli
loading...