Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seks yaddaşı gücləndirir

Sekslə bağlı düşüncələrin yaddaşı gücləndirdiyi iddia edilib. Yaddaş üzrə dünya çempionu 32 yaşlı Ed Cooke yaddaşını bu şəkildə gücləndirdiyini bildirib. Ed iddia edir ki, sekslə bağlı fikir və düşüncələr hər hansı bir məlumatı xatırlamaqda beynin işini asanlaşdırır. "Daily Mail”-ə açıqlama verən çempion "xatırlamaq istədiyiniz hər hansı bir şeylə seksi əlaqələndirsəniz, beyniniz sizə daha çox kömək edəcək”, - deyir. O, keçmiş zamanlarda siyasətçilərin xalq qarşısında çıxış edərkən bu üsula müraciət etdiklərini bildirir.
Onun sözlərinə görə, şiddət, söyüş kimi mənfi emosiyalı xatirələri canlandırmaq da yaddaşa yaxşı təsir edir.
Yaddaşın qocaldıqca zəifləmədiyini, əksinə, daha da gücləndiyini deyən Ed 1 saat ərzində min rəqəmi əzbərləyir və 2 dəqiqədə nömrəli kartları doğru bir şəkildə sıraya düzür.
Oksford universitetində psixologiya fakultəsini bitirən çempion insanın pis və ayıb sayılan xatirələri daha yaxşı xatırladığını və yaddaşı gücləndirmək üçün bundan yararlanmaq lazım olduğunu deyir.


Tarix: 26.02.2015 / 18:15 Müəllif: Aziza Baxılıb: 215 Bölmə: Maraqli Melumatlar
loading...