Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toy gecəsi - qızların qorxduğu kabus

Toy gecəsində yataqda baş verən hadisələrdən qorxan, subaylar üçün izahat!

Toy gecəsi oğlanın hərəkətləri:
Ölkəmizdə oğlanın qızı, qızın da oğlanı tanıması əsasən toy gecəsində olur. Yəni ilk əlaqə vaxtı... Həm oğlan həm qız hər ikisi ilk gecəyə həyəcan içində girir. Asan deyil bu, bir tərəfdən eşq və həmin günün yorğunluğu o biri tərəfdən bilgisizlik və qapıda gözləyən yengə ))

Hər hansı cinsi əlaqədə, bilgisizlik, qorxu, güvənsizlik varsa bunlar cinsi əlaqənin baş tutmamasına və bacarıqsızlığa səbəb olur. Bu da ki, qızla oğlan arasında həvəssizlik və ruh düşkünlüyünə səbəb olur.

Gecənin uğurlu olması üçün qız oğlana bildirməlidir o buna hazırdır ya yox. Belə bir durumda oğlan qızı başa düşməlidir. Və biraz söhbət edərək qızdakı həyəcanı yox etməyə çalışmalıdır. Oğlan nəzərə almalıdır qız birinci dəfədir cinsi əlaqəyə girəcək. Təbii ki qorxu və həyacanın qızda olmağı normal haldır.

İlk gecədə qız necə davranmalıdır?
İlk gecə qız sadəcə olaraq özü özünü həm psixoloji həm də fizioloji baxımdan cinsi əlaqəyə hazır saxlamalıdır. İlk öncə onu düşünməlidir ki həyəcanın və əlaqəyə girmə qorxusunun heç bir mənası yoxdur. Çünki əlaqəyə girmək onsuz da olmalıdır.
Ola bilər ki oğlanda həyəcan çox olsun və panikaya qapılsın. Bu halda qız oğlana yardımcı olmalıdır. Danışığı və sözləri ilə və s.

İlk gecə, ilk əlaqə qız üçün ağrılı olur?
Qadın özünü cinsi əlaqəyə tam hazır hiss etdiyi vaxt vajinada (cinsi orqanında) sulanma olur. Sulanma cinsi əlaqəni asanlaşdırır. Bu zaman oğlan incə və yumşaq hərəkətlərlə qıza yaxınlaşmalıdır. Qızlıq pərdəsi cırılanda qız hafif (çox az) bir ağrı hiss edir. Bu zaman qız öz bedənini sərbəst və boş saxlamalıdır. Qız özünü nə qədər sərbəst və boş saxlasa bu həm qız həm də oğlan üçün çox rahat olur.

İlk cinsi əlaqə vaxtı mütləq qanama olur?
XEYİR! İlk cinsi əlaqə vaxtı qadınının qızlıq pərdəsindən qanama olmaya bilər. Bu da ki, qızın bakirə olmadığı anlamına gəlməz. Hər qızın anatomik forması bir-birindən fərqlidir. Qızlıq pərdəsi bəzən o qədər qalın olur ki, oğlanın cinsi orqanı içəri girdikdə belə həmin pərdə cırılmır. Belə halın olması yalnız o anlama da gəlməz ki, qızlıq pərdəsi qalındır. Ola da bilər qız özünü cinsi əlaqəyə hazır bilmir, qorxu hissi keçirir və öz bədənini gərginlik altında saxlayır. Əgər problem həqiqətən pərdənin qalınlığındadırsa, onda qızı Ginekoloqa ya da ki Cərrah həkiminə aparmaq lazımdır. Elə qızlar var ki onlarda qızlıq pərdəsi anadangəlmə olmur. Bunu dəqiqləşdirməkdə isə həkimlər də çətinlik çəkir.

İlk cinsi əlaqə vaxtı qanama nə miqdarda olmalıdır?
Əslində qanama qızdan qıza fərqlidir. Ola da bilər ki, qanama o qədər az olsun ki, heç qadının orqanından xaricə çıxmasın. Ola da bilər ki, qanama həfif bir formada yarım saata qədər davam etsin. Əgər oğlan əlaqəyə girmək üçün tələssə və qız əlaqəyə hazır olmasa + qızlıq pərdəsi də qalın olsa qanama qızlıq pərdəsindən vajinanin içinə doğru yırtıla bilər və qanama çox olar. Belə bir durumda dərhal qızı həkimə aparmaq gərəkir.

İlk cinsi əlaqə nə qədər vaxt olmalıdır? Və neçə gündən sonra əlaqəyə girmək olar?
Əslində məsləhət görülür ki, qızın bakirəliyi dəqiqləşəndən sonra əlaqə dayandırılsın ona görə ki, sürtünmə vaxtı qızlıq pərdəsinin yerində qanamalar yarana bilər. İlk gecənin uzun olmamağı məsləhət görülür. İlk əlaqədən 3 gün keçdikdən sonra yenidən əlaqəyə girmək olar. Burda artıq vaxt məhdudiyyəti qoyulmur. Sual yarana bilər ki, niye ilk əlaqədən sonra 3 gün gözləyib sonradan əlaqədə olmalıyıq? CAVAB: Çünki insanın adicə barmagında da qanama olanda həmin qanamanın yeri qaysaqlanır. Və az müddət sonra həmin qaysaq quruyub düşür barmaq əvvəlki vəziyyətini alır. Qızlıq pərdəsində də qanama olduğu üçün həmin yer qaysaqlanır və onun yeri 3 gün keçəndən sonra sağalır buna görə də 3 gün gözləmək lazımdır..

Bütün subaylarçın olsun. Qorxmaq lazım deyil. Amma bu o dəmək deyil ki, bunu həmin gecəyədək qızlar gedib prob eləsinlər )) Həmin gecəyədək özünü saxlayan bütün qızlara halal olsun!


Tarix: 25.11.2014 / 12:51 Müəllif: Aziza Baxılıb: 166 Bölmə: Maraqli Melumatlar
loading...