Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarnı əridən pəhriz

Hər yaşın öz pəhrizi olmalıdır və bütün yaş dövləri üçün keçərli ümumi pəhriz yoxdur. Qadınlar müxtəlif yaşlarda arıqlamağa müxtəlif cür tabe olur. Yəni, elə pəhriz var ki, 35 yaşından sonra qadını arıqladır, amma 45 yaşlı qadınlara təsir göstərmir. Buna görə də ailədə ana ilə qızın eyni pəhrizə oturması absurd olardı.

Yaşlı orqanizmin günlərlə ac qalması və meyvə ilə dolanması ölümə bərabər olar. Çünki 40 yaşdan sonra bədənin daha çox vitaminə və minerallara ehtiyacı olur. 40 yaşından sonra bədən daha tez və asan yağ ehtiyatı yığır. Dolayısı ilə daha tez kökəlir. Bu gün biz 35-40 yaşlı xanımlar üçün qarnı əridən pəhrizi təqdim edəcəyik.

Heç də hər pəhriz qarnı və beldəki piyləri əritmir. Hər gün çoxlu meyvə və tərəvəz yemək də o demək deyil ki, qarnın düz olacaq. Qarnı düz saxlamağın da öz qaydaları var.

- Qəhvədən, qazlı və şirin sulardan uzaq olun.

- Yeməyi yüngül salatla başlayın və yüngül salatla da bitirin.

- Hər gün 2 l su için

Pəhriz 2-3 ay saxlanmalıdır.

Səhər yeməyi: Bişmiş yumurta, 1 dilim qurudulmuş yumurta

Günaşırı: 1-2 alma və ya portağal

Axşam: 200 q mal əti, portağal

Mayonez, ketçup, çipsi, dönər, fast-food kimi qidalar yemək qəti qadağandır. Onlardan əmələ gələn piyli qarnı əritmək çox çətindir.

Tort, pirojna, konfet, şokoladı ayda bir neçə dəfə qəbul etsəniz, bəsdir.

Axşam saat 6-dan sonra yemək olmaz prinsipi yalandır. Əslində, dietoloqların da çoxu bu prinsipi qəbul etmir. Sadəcə yatmazdan 2-3 saat əvvəl yemək olmaz.


Tarix: 25.11.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...