Moruq soyuqdəymənin, bir çox xəstəliklərin dərmanıdır. Bununla yanaşı moruğun həm də arıqladıcı funksiyaya sahib olduğunu bilirsinizmi?
Moruqlu pəhriz təqdim edirik:
Pəhriz 3 günlük nəzərdə tutulub. Bu zaman 2 kiloqrama qədər arıqlamaq mümkündür.
1 – ci gün:
Səhər - 100 qram yağsız kəsmik və moruq
İkinci səhər yeməyi – süd kiseli və moruq – 150 qram
Nahar – suda bişmiş file, 250 qram moruq sousu ilə
Şam - moruq qatılmış süd kokteyli
2 – ci gün:
Səhər – 250 ml. yağsız yoqurt, 100 qram moruq
İkinci səhər yeməyi – 2 çay qaşığı təmiz bal qatılmış 200 qram təzə moruq
Nahar – 150 qram soyutma balıq, pomidor, xiyar və zövqə görə göyərti
Şam – 200 qram təzə moruq və 10 dənə fındıq
3 – cü gün:
Səhər – 200 ml. yağsız kefir, 100 qram moruq
İkinci səhər yeməyi – 5 dənə qoz və 200 qram təzə moruq
Nahar – 150 qram pörtlədilmiş ət, zeytun yağı, limon suyu əlavə edilmiş kələm və kök salatı
Şam - moruq sousu əlavə edilmiş 2 ədəd bişmiş alma
Tarix: 25.11.2014 / 11:22 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri