Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qocalmağa səbəb olan 4 səhv hərəkət

Göz ətrafı niyə qırışır? Göz ətrafı qırışların yaranmasına nə səbəb ola bilər? Fərqində olmadan etdiyiniz hərəkət və ya vərdişlər göz ətrafındakı qırışların artmasına və qocalmasına səbəb olduğunu bilirsinizmi?

Sunaz üzdə qırışların yaranmasına səbəb olan 4 səhvi təqdim edir:

Eynək taxmamaq: İsti yay günlərindən evdən çıxan zaman eynək taxmırsınızsa, qırışıqlara dəvətnamə göndərdiyinizi unutmayın. Günəş şüalarının yaratdığı xətlər bir müddət sonra tamamilə sizinlə qala bilər. Bunun qarşısını almaq üçün eynək alın. Onu təkcə yayda deyil, ilin istənilən fəslində taxın. Unutmayın ki, qarlı havalarda Günəş daha çox parlayır.

Gözləri ovuşdurmaq: Yorulduğunuz və yuxunuz gələn zaman və ya gözlər qaşınanda onları ovuşdurmaq instinkt olsa da, qırışların yaranmasına gətirib çıxarır. Gözlərin ətrafındakı dəri çox incə olduğu üçün irəli-geri ovmaq dərhal xətlərin meydana gəlməsinə səbəb olur. Olduğunuzdan yaşlı görünmək istəmirsinizsə, dərhal bu vərdişinizdən imtina edin.

Makiyajınızı təmizləyərkən də diqqətli olmaqda fayda var; göz makiyajını sərt hərəkətlərlə silməyin, gözü ağrıtmadan təmizləyə bilən yağlı və qalıq buraxmayan bir təmizləyici seçin.

Üzüstə yatmaq: Üzü üstə yatan zaman davamlı eyni vəziyyətdə qaldığınız və yastıq üzü sıxdığı üçün yuxu izləri bir müddət sonra qalıcı ola bilər. Buna görə də, daha çox arxası üstə yatmağa diqqət yetirin. Arxası üstə yatmaqda çətinlik çəkirsinizsə, ayağınızın altına bir yastıq yerləşdirmək daha asan yatmanızı təmin edə bilər.

Göz ətrafı baxım kremi: Gözlərin ətrafındakı dəri daha çox incə olduğun üçün göz ətrafı dərinin digər hissələrinə görə, daha tez qırışır. Göz ətrafı üçün qırışların yaranmasını gözləmədən göz ətrafı baxım kremi istifadə edin. Təbii ki, kremin tərkibində bitki yağlarının olmasına diqqət yetirin.


Tarix: 24.11.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...