Sızanaqlar və qara nöqtələr ən baxımlı qadının belə gözəlliyinə kölgə salır. Onlarla mübarizədə qalib gəlmək üçün əlimizdən gələni edirik. Bəs onların yaranma səbəbi nədir?
Civzələr və sızanaqlar dəridə ən çox rast gəlinən xəstəlikdir. Daha çox kosmetik şikayətlərə səbəb olduğu düşünülsə də, ciddi psixoloji problemlər də yaradır. Böyük sızanaqlar qalıcı çapıqlara səbəb olduğu üçün intihara qədər gətirib çıxarır. Bundan başqa, bu problemləri olanların özünə güvən duyğusu az, sosial əlaqələri darlaşmış, depressiyaya meyilli olurlar. Buna görə də müalicə olunması gərəkən bir xəstəlikdir.
Sızanaqlar və civzələrə əsasən, yeniyetməlik dövründə daha çox rast gəlinir. 25 yaşından sonra onlar öz-özünə sonlanırlar. Çox az hallarda bu yaşdan sonra da görülür. Cəmisi 5% halda. Cinsi yetişkənlik dövründə gənclərin 85 faizində görülən bu sızanaqlar, yeniyetməlik dövrünün bir işarəsi olaraq da dəyərləndirilir. Qızlarda əsasən 17-19, oğlanlarda isə 19-21 yaşlarda daha çox olur. Hər iki cinsdə bərabər miqdarda görülsə də, oğlanlarda daha ağır halları müşahidə olunur. Bu, genlərlə bağlı məsələdir.
Bəs bu sızanaqların yaranma səbəbi nədir? Əsas səbəb kimi dərinin piy vəzilərinin həddindən artıq işləməsi göstərilir. Dəridə keratinizasya artımı (həddən artıq qabıqlanma) və əlbəttə ki, mikrobların çoxalması. Amma mikrobların çoxalması birinci ilə əlaqədar əmələ gəlir.
Əgər yağ əmələ gəlməsi artmasa, sızanaqlar da olmaz! Artmış yağ, eyniylə yağın boruları tıxadığı kimi, tük kanallarını tıxayır. Bundan sonra qara nöqtələr kimi görülən tıxaclarda Propionibacterium Acnes adlandırılan bakteriyalar çoxalmağa başlayır və iltihaba (irinləməyə) səbəb olur.
Bəs necə olur ki, yağ əmələ gəlməsi artır? Bu sualı verəndə ağlımıza ilk olaraq hormonlar gəlir. Kişilik hormonunun buna səbəb ola biləcəyi söylənsə də bu, tam olaraq sübuta yetirilməyib. Amma kişilik hormonu bir qrup xəstədə həqiqətən də əsl səbəbdir.
Bəziləri bunu yediyimiz yeməklərlə əlaqələndirir (şokolad, qəhvə, qazlı içkilər və s.). Hətta xəstələr özləri deyirlər ki, şokaladdan və ya fıstıqdan sonra artdı. Amma əldə edilən məlumatlara görə, yeməklərin də bunda heç bir rolu yoxdur!
Stress, məntiqli görülsə də, stress sızanaq deyil, sızanaqlar özü stress yaradır! Amma bir çox xəstə stressli günlərdə civzələrin artdığını söyləyirlər.
Sizanaqlar yağ vəzilərinin çox olduğu bölgələrdə daha çox görülür. Bunlar-üz, çiyinlər, kürək və sinədir. Sızanaqların ilkin əlaməti qara nöqtələrdir. Böyük olanları çox çirkin görünsə də, əsasən, balaca olurlar və zəif nəzərə çarpırlar. Daha sonra iltihab, qızartı və ən sonda da içi irinlə dolu son görünüş.
Müayinədə belə xəstələrin üzlərinin yağlı görülməsi tipik hal kimi qeydə alınır. Yeri gəlmişkən, bəzi qızlarımız elə bilirlər ki, sızanaqların səbəbi yağlı saçın üzə təmasıdır. Bu, tamamilə yalnış məlumatdır. Saçın bununla heç bir əlaqəsi yoxdur.
Sızanaqları evdə özbaşına müalicə etmək olmaz. Odur ki, burada müalicə yollarını yazmırıq. Amma sizlərə bir-iki tövsiyəmiz var:
Üzü sabunla yumaq civzələri azaldır. Bunun nə dərəcədə doğru olduğu məlum deyil. Məntiqlə düşünün, sabun dəri səthindəki yağı yuyur. Amma tük kökündəki elə ordaca qalır. Siz üzünüzü yuyun və dəri təmizliyinə mütləq diqqət yetirin. Bu yalnız sızanaqlar baxımından deyil, digər dəri xəstəlikləri baxımından da çox önəmlidir.
İkincisi, sızanaqların müalicəsi uzun müddətlidir. Nəticə üçün 6 ay gözləmək lazımdır. Bundan sonra isə tam müalicə olmaq şansınız 80 faizdir. Bəxtiniz getirsə, 80 faizin içində olacaqsız.
Əksər xəstələr 15 gündən sonra nəticə alınmadıqda dərmanları atmaq istəmirlər və bu həkim pisdir deyib başqa həkimə gedirlər. Belə xəstələr psixoloji stress altındadırlar. Yəni, ömürləri həkimlərdə keçir. Bu xəstəliyin 6 ay sürdüyünü unutmayın və səbirli olun!
Üçüncüsu, əgər həkim sizə 1 həftəlik və ya 2 həftəlik müalicə kursu yazıbsa, bunu şübhə ilə qarşılayın! Çünki yaxşı nəticəni 6 aya almaq olur!
Yazılan dərmanlar arasında A vitamininin törəməsi yoxdursa, o həkimin yanına bir daha getməyin! Çünki xəstəliyin tam müalicəsi yalnız A vitamininin törəmələri ilə etmək mümkündür.
Tarix: 24.11.2014 / 17:51 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri