Bəzi insanların saçları gənc yaşda ağarmağa başlayır. Həkimlərin bir qismi bunun səbəbinin genetik olduğunu deyir. Bir qismi isə depressiya, sterssin və problemlərin saçın ağarmasına səbəb olduğunu deyir.
Qadınlar gənc yaşda saçlarını boyamağa başlayırlar. Kişilər isə dən düşmüş saçlarla yaşlı görünürlər. Lakin ağ saçları bitkilərin köməyi ilə rəngləmək mümkündür.
Saçların ağarmasının və tökülməsinin qarşısını almaq üçün sarımsaq ən yaxşı vasitədir.
Ərzaqlar və hazırlanması:
Bir ədəd soğan və 5 diş sarımsağı yaxşıca əzin. Bu kütləyə bir yumurta sarısı və 1 çay qaşığı zeytun yağı əlavə edərək krem halına salın. Bu qarışığı saçlarınıza çəkib bir saat gözləyin. Bu maskanı həftədə bir gün istifadə edin. Həm saçlarınız sağlam olacaq, həm də onları boyamağa ehtiyac qalmayacaq.
Tarix: 24.11.2014 / 17:22 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri