Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmişə cavan və gözəl qalmaq üçün maskalar

Alman filosofu Fridrix Nitşe hədər yerə deməyib ki, «Gözəllik xoşbəxtlik vəd edir». Qadınların əhval-ruhiyyəsi onların gözəl görünüşündən asılıdır. Bu gözəlliyi daim saxlamaq üçün baxımlı olmaq, dəriyə qulluq etmək mütləqdir.

Sun.az xarici mətbuata istinadən ev şəraitində üz və bədənə müsbət təsir bağışlayacaq maskalar təqdim edir:

Şümal bədən:

2 qutu qurudulmuş dəniz kələmini 2 litr, 60-70 dərəcəli suda 1 saat saxlayıb, kələmi tənzifdən keçirin. Kələm maskasını baldırlara çəkmək və polietilen müşənbə ilə sarımaq lazımdır. Ayaqlara isti şərf bağlayıb, 1 saat gözləmək kifayətdir ki, sallaq dəri yığılıb, öz gözəlliyini yenidən bərpa etsin.
5 çay qaşığı üzüm sirkəsi, 1 çay qaşığı bal və 2 çay qaşığı qidalandırıcı kremi qarışdırın. Maskanı bud və baldırlara çəkib, 15 dəqiqə saxlamaq lazımdır. Bu maska sauna effektini verib, sellüliti əridib, dərini hamarlaşdıracaq.

Sinə üçün tonik:

1 xörək qaşığı rozmarin yağını, 1 stəkan qaynar suyu, 1 xörək qaşığı duz, eyni miqdarda spirti və 2 xörək qaşığı üzüm sirkəsini qarışdırın. Tənzifi məhlulda isladıb, süd vəzisinə kompress kimi qoyun. Bu proses sinədə olan dartınmanın qarşısını alıb, qan dövranını yaxşılaşdıracaq.


Möhkəm sinə:

1 xörək qaşığı yoqurtu, eyni miqdarda E vitamini və çiy yumurta ilə qarışdırın. Qarışığı sinəyə masaj hərəkətləri ilə çəkib, köhnə büstqalter geyinin. Maskanı 20 dəqiqə saxladıqdan sonra bədəni soyuq su ilə ehmalca yuyun. Bu maska süd vəzisini bərkidib, dərini əvvəlki möhkəmliyinə qaytaracaq.
Dəri dartınmalarına qarşı maska:

Yarım stəkan əzvay (aloe) şirəsi, eyni miqdarda zeytun yağı, 10 damcı E vitamini və 5 damcı A vitaminini qarışdırıb, bankada ağzıbağlı şəkildə bir neçə saat soyuducuda saxlamaq lazımdır. Maskanı səhər və axşam problemli yerlərə çəkmək dəri dartınmalarının qarşısını alar.

Qarın üçün maska:

4 çay qaşığı qaymaq və 15 qram pivə mayasını qarışdırıb, üzərinə 4 çay qaşığı bal tökün. Maskanı bağlı qabda 20 dəqiqə saxlayıb, qarına çəkib, 20 dəqiqə gözləmək lazımdır. Bu maska qarın əzələlərini yığıb, qan dövranını yaxşılaşdırıb, dərini elastik edəcək.


Tarix: 24.11.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...