"Le Parisien"ə istinadən bildirir ki, bir qədər əvvəl Fransanın müvafiq dövlət qurumları PİP şirkətinin istehsalı olan sinə implantlarının satışını yasaqlamış və onların çox aşağı keyfiyyətdə olduğunu bəyan etmişdi.
PPP təmsilçisi Aleksandra Blanşerin dediyinə görə, PİP istehsalı olan silikonlar sinəsində yırtılan Edvic soyadlı qadın xəstəxanada dünyasını dəyişib.
PİP impalantlarını döşlərinə qoyduran qadınlar sonradan silikon protezlərin çatladığını deyiblər. Üstəlik, həmin protezlərdə orqanizm üçün çox təhlükəli silikon gel də var.
"Fransada indi PİP istehsalı olan implantlardan 30-40 min qadın istifadə edir. Onların şamısı potensial qurbanlardır. Biz bu qadınlara müraciət edərək həmin implantları dərhal çıxartdırmağı məsləhət görürük. Qadınlara dövlət də maliyyə yardımı etməlidir", - Aleksandra Blanşer söyləyib.
Tarix: 27.06.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 33 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri