Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən füsünkar ayaqlar afrika qadınlarındadır.

Mütəxəssislər dünyada qəbul olunmuş standartlara əsaslanaraq bu qərara gəliblər








Ayaqlar - əl izləri kimi müxtəlif və unikaldır. Yəni yer üzündə eyni ayaqlara sahib olan iki insan tapmaq qeyri-mümkündür. Əgər dünyada qəbul olunmuş standartları əsas götürsək, onda afrikalı qadınların bəxti daha çox gətirib, çünki, onların ayaqları digər ölkələrin təmsilçilərinə nisbətən daha uzun, topuqları isə daha mükəmməldir. Ayaqlarının uzunluğuna və biçimliliyinə görə ikinci yeri şimali avropa, daha dəqiq desək isveçli qadınlar tutur. Lakin onların ayaqları bir o qədər də zərif deyil. Aralıq dənizi sahillərində yaşayan qadınlara isə daha kiçik pəncəsi və daha qabarıq əzələləri olan qısa ayaqlar xarakterikdir. Burada şərq gözəllərinin bəxti heç gətirməyib. Çünki onlar daha qısa ayaqlara, o qədər də zərif olmayan topuqlara malikdirlər.

“Dörd pəncərə” ideal ayaqların əsas prinsipidir
Gözəl ayaqlar yalnız uzunluğu ilə deyil, həm də quruluşu ilə digərlərindən fərqlənir. Belə ki, ideal qadın ayaqları müəyyən parametrlərə malik olmalıdır.
Birinci parametri tez-tez “dörd pəncərə” adlandırırlar. Bu, ayaqlar birləşən zaman onun müəyyən dörd yerində aralıqların yaranmasına deyilir. Bu aralıqlar pəncə ilə topuq arasında, topuğun üzərində, dizin altında və dizin üzərində, yəni ombanın aşağı hissəsində yerləşir. Axırıncı pəncərə digərlərinə nisbətən bir qədər dar olmalıdır. Dörd pəncərə prinsipindən başqa, ideal ayaqların daha bir neçə parametri də var:
Dizin yan tərəflərində artıq çıxıntılar olmamalıdır.
Baldırların əzələləri həddən artıq böyük olmamalıdır. Bu əzələlər ayaqların ümumi şəklini poza bilər.
Baldır əzələlərinin dabana bağlı olan vətəri zərif olmalı və hər iki tərəfdən düzgün dərinləşməlidir. Onlar ayaqların əks tərəflərini formalaşdırırlar.
Daban dəyirmi formada olmalı, o qədər önə çıxmasa da müəyyən qədər seçilməlidir.
Ombanın yuxarı hissəsi incələşməlidir.
Ombanın yan tərəfdən görünüşü ön tərəfdən fərqlənməlidir və dizlərə doğru getdikcə dərinləşməli, formasına görə oxu xatırlatmalıdır.
Dizlər ayağın yuxarı və aşağı hissəsindən eyni məsafədə olmalıdır.
İdeal ayaqlar çökük, uzunsov və zərif pəncəyə malik olmalı, ayaq barmaqları isə bir-birinə mane olmadan, səliqə ilə bir sırada yerləşməlidir.

Ayaqların gözəl görünməsinin digər bir səbəbi də onların uzunluğu ilə boy arasında olan proporsiyadır. Uzun ayaqları ideal ayaqlar hesab edirlər, lakin onların bədənlə həmahəng olması vacib şərtdir. Belə ki, irisümüklü adamlarda ayağın uzunluğu ilə boyun uzunluğunun yarısı arasındakı fərq 2 sm və daha artıq, normal bədən quruluşlu adamlarda 4 sm və daha artıq, xırda sümüklü adamlarda isə 6 sm və daha artıq olmalıdır. (Ayağın uzunluğu çanaq-bud oynağının qarşısında yerləşən omba sümüyündən döşəməyə qədər ölçülür.)

Qeyd edək ki, bədənin ölçülməsində Poliklit qaydası da mövcuddur. Bu qaydaya görə, ideal bədəndə belin çevrəsi, boyun çevrəsindən iki dəfə çox, baldırın çevrəsi boyun çevrəsinə bərabər olmalıdır. Dabandan belə qədər olan məsafənin bədənin uzunluğuna nisbəti isə 2:3 olmalıdır.

Normal bədən quruluşuna malik gənc qadınlar üçün meyar aşağıdakı kimi qəbul olunub:
161-165 sm boya malik olan qadınların çəkisi 54-55 kq, ayaqlarının uzunluğu 84-86 sm, ombanın çevrəsi 56-57 sm, baldırın çevrəsi 34-35 sm olmalıdır.
166-170 sm boya malik olan qadınların çəkisi 55-56 kq, ayaqlarının uzunluğu 90-92 sm, ombanın çevrəsi 57-58 sm, baldırın çevrəsi 35-36 sm olmalıdır.
171-175 sm boya malik olan qadınların çəkisi 60-61 kq, ayaqlarının uzunluğu 91-94 sm, ombanın çevrəsi 58-59 sm, baldırın çevrəsi 37-38 sm olmalıdır.







Ayağı ayağın üzərindən aşırmaq selülitin yaranmasını tezləşdirir
“Gözəl ayaqlar – qadının sifətidir”. Möhkəm, elastik, dartılmış ayaqlar onun sahibəsinin enerjili, öz sağlamlığına və gözəlliyinə nəzarət edən bir qadın olmasından xəbər verir. Ayaqlar - bədənin digər üzvlərinə nisbətən daha çox ətraf təsirlərə məruz qalır və bunun nəticəsində də onda bəzi xəstəliklər yaranır. Mütəxəssislər qeyd edirlər ki, ayaqların sağlamlığının və gözəlliyinin başlıca düşməni zəif qan dövranıdır. Selülitin və varikoz genişlənmənin meydana gəlməsinin və inkişafının əsas səbəbi də məhz budur. Bəs, zəif qan dövranının səbəbi nədir? Əsas səbəblərin sırasında dar geyimlər, hündürdaban ayaqqabılar, uzun müddət ayaq üstə durmaq, ayaqları bir-birinin üzərindən aşırmaq, oturaq işlə məşğul olmaq gəlir.
Kiçik damarlarda qan dövranının pozulması nəticəsində, yağ toxumalarına oksigenin çatdırılması ləngiyir. Həmin yerlərdə zəhərli mikroorqanizmlərlə dolu möhkəm yağ topaları yaranır ki, onlar da dərini yuxarı-aşağı hərəkət etdirir. Hüceyrə divarcıqları yoğunlaşır, möhkəmlənir və nəticədə yağ daha da tıxanır, praktik olaraq orqanizmdə qapanıb qalır. Beləliklə də, dərinin üzərində xarakterik xırda təpəciklər – selülit əmələ gəlir. Zəif qan dövranı sonradan ona gətirib çıxarır ki, qan - damar sistemi artıq öz işinin öhtəsindən gələ bilmir. Ayaqlar ağrayır və günün sonunda şişir. Ayaq damarlarından qanın axını çətinləşir və venaya dolmuş qan özünə yer etmək üçün damarları genişləndirir. Bunun nəticəsində də yalnız selülit deyil, eyni zamanda damarların varikoz genişlənməsi yaranır.



Yaxınlaşan problemi necə müəyyən etmək olar?
Bunun bir neçə “xəbərçi”si var. Çox gəzərkən ayaqda hiss olunan ağırlıq, yanma və yorğunluq hissi, baldırların və pəncənin şişməsi, tutulması, kiçik venalardan göy-bənövşəyi “ulduzcuqların” əmələ gəlməsi gələcəkdə problemlərin yarana biləcəyindən xəbər verir.


Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Qan dövranını yaxşılaşdıran, deməli, ayaqların sağlam və gözəl görünməsinin üç etibarlı və xeyirli üsulu var.

Bunlar:
Bir-birinə zidd prosedurlar
Fiziki məşqlər
Masajdır.

İdman və bir-birinə zidd (dalbadal soyuq və isti su ilə) duş qəbulu ümumi vəziyyəti yaxşılaşdırır, elastikliyi artırır, qan dövranını gücləndirir. Masaj da həmin effekti verir, üstəlik limfa və qan axınını gücləndirir, toxumaların vəziyyətini yaxşılaşdırır, ayağın tutulmasını aradan qaldırır və nəticədə selülitin yaranmasına və inkişafına mane olur. Bu həm də varikozun profilaktikasıdır.

Yeri gəlmişkən
Onu da qeyd edək ki, ayaqların formasına görə onların sahibələrinin xarakterik xüsusiyyətlərini də müəyyən etmək olur. Bununla bağlı hətta bir neçə elmi iş də yazılıb və onları əlbəttə ki kişilər yazıb. Müşahidələr nəticəsində müəyyən edilib ki, uzunayaqlı qadınlar təbiətcə çox romantik, xəyala dalmağı xoşlayan olurlar. Belə qadınlar gündəlik problemlərin həllində çətinlik çəkir, lakin bununla yanaşı onların güclü prinsipləri var və bu prinsiplərdən asanlıqla imtina etmirlər.
Qısa ayaqlı qadınlar isə “ayaqlarını yerə daha möhkəm basırlar”, lakin dəyişkən əhval-ruhiyyəyə malik olurlar. Onlar gündəlik problemləri asanlıqla həll etsələr də kənar təsirlərə daha tez düşürlər.


Tarix: 25.06.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...