Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışlanma diləmək və tövbə etmək...
Bağışlanma diləmək və tövbə etmək...

Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (həm də Seviləndir). (Hud, 90)

Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ən-Nisə, 106)

Tövbə edənlərin halı

Tövbə edənlər, əməllərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Ən-Nisə, 146)

Sizə məğlub olub əlinizə keçməzdən öncə tövbə edənlər olarsa, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir. (Əl Maidə, 34)

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. … . (Hud, 3)

Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin». (Hud, 52)

Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən adamlara beləcə izah edirik.
(Tövbə, 11)

Kafir olanlar deyirlər: «Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?» De: «Şübhəsiz ki, Allah istədiyini sapdırır. Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir«. (Ər-Rad, 27)

Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. ۞ Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. (Məryəm, 59-60)

Allahın bizim Ona tövbə etməyimizi istəməsi

Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki Bağışlayandır, Rəhmlidir. (Əl Maidə, 74)

Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər. (Ən-Nisə, 27)

Allahın tövbəsini qəbul etdiyi və bağışladığı kəslər

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Ən-Nisə, 17)

Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, bütün bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək. (Ən-Nəhl, 119)

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Əl Maidə, 39)

Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır. (Əl-İsra, 25)

Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (Ta-Ha, 82)

Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir. (Ən-Nəhl, 110)

Allahın tövbəsini qəbul etmədiyi və bağışlamadığı kəslər

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: «Mən indi tövbə etdim!»– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Ən-Nisə, 18)

Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. (Allah tövbələri qəbul edəndir)

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər. (Allah bağışlayandır)


Tarix: 10.06.2015 / 17:41 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar
loading...