1 Aprel 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok $ (dollar) işarəsini düşünüb tapmışdır. Bir çox mühazirələrinə əsasən, 1778-ci il 1 aprel tarixində Nyu-Orleandan (Luiziana Ştatı. ABŞ) olan bir plantasiya sahibi və taciri ilk dəfə öz mühasibat kitabında bu işarədən istifadə etmişdir.
Amma bu mülahizə hələ ki, konkret olaraq öz təsdiqini tapmamışdır.
Oliver Pollok Amerikaya İrlandiyadan emiqrasiya etmişdir və ilk öncə ingilis koloniyası olan Pensilvaniyada yaşamışdır. Sonra isə Nyu-Orleana köçmüşdür. Şimali Amerikanın müstəqilliyi uğrunda gedən müharibə zamanı (1775-1783-ci illər) o, ispanlardan silah alaraq Amerika patriotlarına sataraq ticarət edirmiş. Həmin vaxtda ABŞ-da ödəniş vasitəsi kimi ispan “peso”sundan daha çox istifadə olunurdu. Bu valyutanı sənədlərdə PS hərf birləşməsi ilə qeyd edirdilər. Oliver Pollok bu hərf birləşməsini bir işarə formasında yazaraq, əvvəlcə P, sonra is S hərfini onun üzərində yazarmış. Daha sonralar isə S yazıb, üzərinə iki qoşa xətt çəkmişdir (müasir $ — dollar işarəsi kimi). Öz mühasibat hesabatlarını Pollok konqresmen Robert Morrisə təqdim etdikdən sonra bütün sənədlərdə rəsmi olaraq dollar işarəsi bu cür göstərilməyə başlanmışdır. Bir neçə ildən sonra, yəni 1786-ci dollar ABŞ-ın milli valyutası çevrildi.
Qeyd olunduğu kimi, dollar işarəsinin başqa yaranma teoriyaları da var. Bunlardan biri də belədir — S hərfinin üzərindən U hərfi yazılardı, yəni – USA abbreviaturasının ilk hərfi. Bu, ABŞ dollarının başqa ölkələrin dollarından seçilməsi üçün edilmişdi. Sonralar U hərfi iki vertikal xəttlə əvəz olunmağa başladı. İndiki dövrümüzdə isə bu işarə artıq bir xəttlə də istifadə olunur.
Tarix: 10.12.2014 / 18:29 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Melumatlar