Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı qələm
Qırmızı qələm

Bir vaxt onu tapanda
olmazdı dərdim.
Qaşqa qulunu da,
Təpəl quzunu da
sevindirərdim.
Qırmızı zolaqlı yumurta
necə qəşəng olardı!
Qatarda uzaq gedən,
Döyüşdə bərk olardı...
Bir az da böyüdüm,
Bu qələmlə qırmızı
Alma çəkdim, cam çəkdim,
Qırmızı adam çəkdim.
Qiymətlər içində
Ən çox sevdiyim
qırmızı "beş"di.
Keçdi,
Qırmızı pionerlik
Dövrünü də keçdi.
Qırmızı qələmlə bir də
Sonralar qarşılaşdım,
Bu dəfə sevinmədim,
Titrədim, çaşdım.
Rəngi bilinməz rəngdə
Gözümə dəydi
qırmızı qələm.
Bir bürokrat əlindəydi
qırmızı qələm...


Tarix: 25.05.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Məmməd Araz
loading...