Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məndən ötdü, qardaşıma dəydi
Məndən ötdü, qardaşıma dəydi

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur səninləyəm !
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə san:
Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul qardaş hissi haçalandı,
Bir şəhərin,
Beş qardaşın xanlığına parçalandı ?!
O zamanmı biti bizim dilimizin
"sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim dilimizin
"Haralısan" damarı da?....
Səninləyəm, ulu babam?
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi,
Ataların imzasını
Çəkib ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma qıyma doğrayaram,
Qara Çoban,
Ulu Babək,
Dəli Domrul ,
Ey Xan Eyvaz ,
Giziroğlu Mustafabəy .
Əgər ki , siz
Bu məsələ qol çəkdiniz !
Sonra , sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi ,
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi ,
Məndən ötdü !...
Məndən ötdü !....
Sevincə bax , qeyrətə bax !
Bunu yazan xilqətə bax !
Məndən ötdü ...
Qulağımdan getmir bu səs ,
Zərbələri qardaşına ,
Sirdaşına ötürən kəs
Elə bil ki bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh - qəh çəkdi .
Sonra , sonra
Səhərəcən başına yüzqədəh çəkdi .
O qəh -qəhin dalğasından ,
O məstliyi baş fırladan
Havasından qopan daşdı ----
Azərbaycan torpağında
Araz boyda şırım açdı .
Məndən ötdü .....
Bunu dedi Şəki xanı ,
Bunu dedi bakı xanı ,
Bunu dedi İbrahim xan ,
Fətəli xan , Kəlbəli xan .....
Qəza ötsün - məndən , - dedi ;
Ötən kimi > dedi ;
> deyən bir ölkədə
Nə qədər xan .
Onlar mən -mən deyən yerdə
Sən olmadın Azərbaycan !
Səni səndən alıb belə
Yüz illərlə uyutdular ,
Səni səndə ələdilər .
Səni səndə üyütdülər .
Dibək oldun öz duzunla ,
öz daşınla .
Ögey oldun ,
doğma , ekiz qardaşınla ---
Məndən ötdüdeyənlərin qeyrətindən ,
Namusunu yeyənlərin qeyrətindən !
Ey daşlaşan , torpaqlaşan ulu babam !
Bu günümdən dünənimə uzaqlaşan ulu babam !
Ayağa dur !
Dəfn etdiyim məsələnin
Başdaşına
Bir təəssüf xatirəsi yazıb , yondur :
Səndən ötən mənə dəydi ,
Məndən ötən sənə dəydi ,
Səndən ,məndən ötən zərbə
Vətən , Vətən , sənə dəydi ....


Tarix: 25.05.2015 / 12:53 Müəllif: Aziza Baxılıb: 221 Bölmə: Məmməd Araz
loading...