Son anında
Axır nəfəsinə yetişmədim mən,
Son dəfə bağrıma basmadım onu.
Ah, niyə görmədim gözündə sönən
Son həyat eşqini, son arzusunu.
Yudu baş daşını gözümün yaşı,
Göz yaşı yeni can vermir adama.
İlk dəfə qarğıdım qohum-qardaşı,
İlk dəfə acıdım doğma atama.
Qapadı gözünü o, mənsiz, necə,
Necə dəfn etdiniz məndən xəbərsiz...
Bir qarı dilləndi: "Anan ölüncə
Dedi ki, balamı çağırmayın siz.
Qorxar... İşi çoxdur... Azca ağladı,
Qorxduki, eşidib kədərlənərsən.
Son anda şəklini o qucaqladı,
Gözünə baxmadı... qəhərlənərsən..."
Yarama köz basdı bu söz də mənim,
Qopdu ürəyimdon yanıqlı nida:
Ana qəlbinə bax! Övlad qəmıni
Görmək istəməyib son anında da.
‹ Qırmızı qələm
Tarix: 25.05.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 270 Bölmə: Məmməd Araz
loading...