Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu
Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu

Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu,
Nə hacət dərdini yeydir demək candan, əyandır bu.

Dəmadəm xublər cövrilə artar ləzzəti eşqin,
Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu.

Xədəngi sayəsində xoş keçir övqatını, ey dil
Ki, gülzari-həyatın ziynəti sərvi-rəvandır bu.

Tutuşdum atəşi-dildən, ciyər qanilə qərq oldum,
Əgərçi bir şərarə oddur ol, bir qətrə qandır bu.

Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş,
Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu.

Dedilər bixəbərlər, baği-cənnət kuyinə bənzər,
Xəbər verdi mənə andan gələn adəm, yalandır bu.

Füzuli, qıldı fəryadü fəğanım tirə gərduni,
Hənuz ol mah sormaz kim, nə fəryadü fəğandır bu?


Tarix: 04.06.2015 / 17:54 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Məhəmməd Füzuli
loading...