Ey xoş od məst ki, bilməz qəmi-aləm nə imiş
Ey xoş od məst ki, bilməz qəmi-aləm nə imiş,
Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.
Bir pəri silsileyi-eşqinə düşdüm nagəh,
Şimdi bildim səbəbi-xilqəti-adəm nə imiş.
Vaiz ovsafi-cəhənnəm qılır ey əhli-vərə,
Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.
Oxu köksümdən ötüb, qalmış imiş peykanı,
Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş.
Ey Füzuli, məzeyi-saqiyü səhba bildin,
Tövbə qıl, ta biləsən zərqü riya həm nə imiş.
Tarix: 04.06.2015 / 17:53 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Məhəmməd Füzuli
loading...