Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Məhəmməd FüzuliOlsaydı məndəki qəm Fərhadi-mübtəladə

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütuni badə.

Versəydi ahi-Məcnun fəryadımın sədasın,
Quşmu qərar edərdi başımdakı yuvadə?

Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra,
Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.

Əşki-rəvanimə el cəm oldu, var ümidim
Kim, ola varə-varə cəmiyyətim ziyadə.

Gəh qəmzə içmək istər qanimi, gah çeşmin
Qorxum budur ki, nagəh qanlar ola aradə.

Sərvərlik istər isən, üftadəlik şüar et
Kim, düşmədən əyağə, çıxmadı başə badə.

Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,
Olma vəfayə talib, dünyayi-bivəfadə. Ardı »

Məhəmməd FüzuliGecələr ta halimə gərdun təmaşa etmədi

Gecələr ta halimə gərdun təmaşa etmədi

Gecələr ta halimə gərdun təmaşa etmədi,
Tərk edib bidadını, bir mehr peyda etmədi.

Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin,
Ey deyən Musa əsası qəti-dərya etmədi!

Hər dəmindən, min Məsiha zindeyi-cavid olur
Sən edən izhari-əcazi, Məsiha etmədi.

Aşiyan ta rövzeyi-kuyində tutdu mürği-dil,
Keçdi tövfi-Kəbədən, uçmağa pərva etmədi.

Hiç abid anmadı ləlin ki, gözdən qan töküb
Səcdədən durduqca, təğyiri-müsəlla etmədi.

Zəfi-tale kəsdi dünyadan nəsibin zahidin,
Yoxsa öz rəyilə zahid tərki-dünya etmədi.

Etmədi eldən nihan bir gecə tövfi-kuyini
Kim, Füzulini sədayi-nalə rüsva etmədi. Ardı »

Məhəmməd FüzuliEy xoş od məst ki, bilməz qəmi-aləm nə imiş

Ey xoş od məst ki, bilməz qəmi-aləm nə imiş

Ey xoş od məst ki, bilməz qəmi-aləm nə imiş,
Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.

Bir pəri silsileyi-eşqinə düşdüm nagəh,
Şimdi bildim səbəbi-xilqəti-adəm nə imiş.

Vaiz ovsafi-cəhənnəm qılır ey əhli-vərə,
Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.

Oxu köksümdən ötüb, qalmış imiş peykanı,
Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş.

Ey Füzuli, məzeyi-saqiyü səhba bildin,
Tövbə qıl, ta biləsən zərqü riya həm nə imiş. Ardı »

Məhəmməd FüzuliƏgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu

Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu

Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu,
Nə hacət dərdini yeydir demək candan, əyandır bu.

Dəmadəm xublər cövrilə artar ləzzəti eşqin,
Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu.

Xədəngi sayəsində xoş keçir övqatını, ey dil
Ki, gülzari-həyatın ziynəti sərvi-rəvandır bu.

Tutuşdum atəşi-dildən, ciyər qanilə qərq oldum,
Əgərçi bir şərarə oddur ol, bir qətrə qandır bu.

Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş,
Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu.

Dedilər bixəbərlər, baği-cənnət kuyinə bənzər,
Xəbər verdi mənə andan gələn adəm, yalandır bu.

Füzuli, qıldı fəryadü fəğanım tirə gərduni,
Hənuz ol mah sormaz kim, nə fəryadü fəğandır bu? Ardı »

Məhəmməd FüzuliQamətin xidmətinə sərvin əyilməz başı

Qamətin xidmətinə sərvin əyilməz başı

Qamətin xidmətinə sərvin əyilməz başı,
Nə bilir əhli-təriqin rəvişin ol naşı.

Ögünür didə ki, heyranəm əzəldən üzünə,
Oldu məlum bu lafında ki, çoxdur yaşı.

Əşk ləli rəhi-eşqində tutubdur ətəyim,
Qorxuluqdur, necə salıb gedəlim yoldaşı?

Yetdi ol qayətə zəfim ki, çəkər təsvirim,
Hər zaman daireyi-heyrətə min nəqqaşı.

Möhtəsib, tanrı üçün gəl mənə çox vermə əzab,
Meyli-məscidmi edər meygədələr ovbaşı?

Kəsdi mən şiftədən əhli-səlamət yolunu,
Bəs ki, ətrafıma cəm oldu məlamət daşı.

Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə,
Səbəb ol qaşları yayin gözüdür, ya qaşı. Ardı »

Məhəmməd FüzuliMəni candan usandırdı...

Məni candan usandırdı...

Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qilmaz mənə dərman, məni bimar sanmazmi?

Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşan
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?

Şəbi-hicran yanar canim, tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmi Ardı »

Məhəmməd FüzuliKönül, səccadəyə basma ayaq, təsbihə əl urma

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

Əyilib səcdəyə, salma fərağət tacını başdan,
Vüzudən su səpib, rahət yuxusun gözdən uçurma!

Saqın, pamal olursan buriya tək, məscidə girmə
Və gər naçar girsən, onda minbər kimi çox durma!

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

Cəmaət izdihami məscidə salmış küdurətlər,
Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!

Xətibin sanma sadiq məscidin, qövlilə fel etmə,
İmamın sanma aqil, ixtiyarın ona tapşurma.

Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin,
Kərəm qıl, zərqi taət surətində həddən aşurma! Ardı »

Məhəmməd FüzuliPənbeyi-daği-cünun içrə nihandır bədənim

Pənbeyi-daği-cünun içrə nihandır bədənim

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytülhəzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

Edəmən tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! Ardı »