Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni candan usandırdı...
Məni candan usandırdı...

Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qilmaz mənə dərman, məni bimar sanmazmi?

Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşan
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?

Şəbi-hicran yanar canim, tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?

Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmi


Tarix: 04.06.2015 / 17:52 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Məhəmməd Füzuli
loading...