Sevdiyiniz kişinin gözündə seksual görünüb onu başdan çıxarmaq istəyirsinizsə, bu məqaləni mütləq oxumalısınız!
Sevgilinizlə baş-başa möhtəşəm gecə keçirmək, onun qarşısında heç vaxt olmadığınız qədər seksual görünmək istəyirsinizsə, bəzi detallara fikir verməlisiniz. Geyimi və makyajı qabartsanız, cazibədar deyil, gülməli və acınacaqlı hala düşə bilərsiniz. Zövqlər müxtəlif olsa da, kişilərin bu barədə ortaq fikirləri var. Demək olar ki, hamısı eyni fikirdədir.
Bəs kişilər nələri seksual hesab etmir?
Qırmızı dodaq boyasını sevməyən qadın yoxdur, ancaq sevgilinizlə ehtiraslı bir gecə keçirmək istəyirsinizsə, qıpqırmızı dodaqlarla onun qarşısına çıxmayın. Qonaqlıqlar, toylar və başqa gecələrdə qırmızı pomada əla seçim olsa da, öpüşmək üçün heç də uğurlu rəng deyil…
Təkcə qırmızı pomada deyil, şit makiyaj da etmək olmaz. Qadınlar parıltılı və ağır makyajla cazibədar və çəkici olduqlarını düşünsələr də, kişilər bunun əksini söyləyir. Onlar təbiiliyə üstünlük verir. Makiyajı sadəcə qüsurlarınızı örtəcək qədər edin.
Onun bütün ehtirasını söndürmək istəmirsinizsə, qarşısına heç vaxt alt paltarsız çıxmayın. Belə gecələr üçün güpürlü, krujevalı, bərbəzəkli alt paltarı geyinin. Çünki qadının alt paltarlarını soyundurmaqdan xüsusi zövq alırlar.
Seksuallığın simvollarından biri də üstü şəkilli, naxışlı nazik corablardır. Siz hər nə qədər seksual olduğunu iddia eləsəniz də, ola bilsin ki, kişi bunun əksini düşünür. Onların fikrincə bu corablar qadını ucuzlaşdırır.
Şahzadələr kimi geyinib, səhnə ulduzları kimi bəzənməyin.
Kişilər təbii gözəlliyi ilə onları başdan çıxaran qadınları xoşlayır. Az makyaj, zövqlə seçimiş paltarlar, ən əsası təbəssüm və səmimiyət hər bir kişini başdan çıxarmaq üçün kifayətdir.
Tarix: 06.01.2015 / 19:05 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Kişi yataqda